Bakıda kişi ona yemək verməyən arvadını döydü - Məhkəməlik oldular
15-10-2022, 13:26

Bakıda ailə münaqişəsi yaşanıb.



"Unikal"ın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb.


Belə ki, Ehtiram Əliyev (ad-soyad şərtidir) arvadı Bəsti Əliyevanı ona yemək vermədiyi üçün döyüb. O, həyat yoldaşının üzünə bir neçə dəfə yumruqla vurub.


Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.


Zərərçəkmiş şəxs məhkəmədə həyat yoldaşı ilə barışdığını və onu bağışladığını bildirib.




up