Oktyabrın 10-da Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb.
Azinform.az baku.ws-ə istinadən xəbər verir ki, görüntülərdə 1999-cu il təvəllüdlü İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yüksək sürətlə yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpdığı əks olunub.
Fəxri Umudovun ölümündən sonra həyat yoldaşı-34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq həyatına son qoyub. Onların 2 yaşlı övladı var.