Azərbaycanda it məktəbin qarşısında şagirdi dişlədi
14-10-2022, 22:27

Zərdabda it məktəblini dişləyib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, hadisə 3 saylı orta məktəbin qarşısında baş verib.

Küçədə sahibsiz it məktəb şagirdinə hücum edib və onu dişləyib.

Məlumata görə, bu, Zərdab rayonunda sayca 10-cu hadisədir.





up