Bakıda "Prius" yük maşını ilə toqquşdu
5-10-2022, 14:33

Bakıda qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə AZİNFORM.AZ-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, paytaxtın Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Toyota Prius" markalı avtomobil yük maşını ilə toqquşub.

Bu səbəbdən 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.





up