Şəhərin mərkəzində qadınlar “saçyoldu”ya çıxdılar - ANBAAN VİDEO
2-10-2022, 19:12

Dünən axşam saatlarında İstanbulun Nişantaşı səmtində naməlum səbəbdən qadınlar arasında dava düşüb.

AZİNFORM.AZ xəbər verir ki, vətəndaşların müdaxiləsi ilə dava edən qadınlar çətinliklə bir-birindən ayrılıb.

Sözügedən hadisənin görüntüləri kameralara əks olunub.

Bir-birilərinin saçını yolan qadınlar davadan sonra hadisə yerindən qaçıb. Hazırda İstanbul polisi bu qadınları axtarır. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. /musavat.com/





up