Həbs edilən keçmiş MTN naziri azadlığa ÇIXDI - FOTO
27-09-2022, 22:52

Azərbaycan Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

AZİNFORM.AZ xəbər verir ki, unikal.org-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb. 

Qeyd edək ki, V. Əsgərovun ailəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə hədsiz minnətdar olduqlarını bildiriblər.





up