İçi sərnişinlə dolu "BakuBus" təhlükə yaratdı - VİDEO
26-09-2022, 15:24

Bakıda içi dolu sərnişinlə kobud qayda pozuntusu edən avtobus sürücüsünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. 

AZİNFORM.AZ xəbər verir ki, hadisə sentyabrın 24-də paytaxtın Xətai prospektində qeydə alınıb. Belə ki, “BakuBus”-a məxsus 15-104 eyniləşdirmə nömrəsi ilə sərnişin daşıyan avtobusun sürücüsü sözügedən yolda qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. 

Axına qarşı gedən sürücü digər avtomobillərin hərəkətinə mane olaraq onlara təhlükə yaradıb.





up