Rusiyada orta məktəbə silahlı basqın olub - VİDEO
26-09-2022, 14:08

Sentyabrın 26-da Rusiyanın İjevsk şəhərinin 88 saylı məktəbində naməlum şəxsin açdığı atəş nəticəsində ölənlərin olduğu deyilir.

AZİNFORM.AZ-ın məlumatına görə, hadisə respublikanın paytaxtı İjevsk şəhərində baş verib. 

Nazirlik 9 nəfərin öldüyünü və 20-yə yaxın yaralının olduğunu açıqlayıb: “Hücum edən özünü vurub. Polis onun cəsədini tapıb”.

Rusiya mediası yazır ki, ölənlərdən səkkizi birinci sinif şagirdidir.

Hadisə yerinə gələn Udmurtiyanın rəhbəri Aleksandr Breçalov ölənlərdən birinin məktəbin mühafizəçisi olduğunu söyləyib.
88 saylı məktəb İjevsk şəhərinin mərkəzində, şəhər administrasiyasının binasından bir qədər aralıda yerləşir.

Təhsil ocağının sosial şəbəkələrdəki qrupunun məlumatına görə, məktəb 1994-cü ildə inşa olunub, hazırda 982 şagird, 80 müəllim çalışır.





up