Altıağac Milli Parkında YANĞIN
23-09-2022, 16:38

Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova AZİNFORM.AZ-a bildirib ki, hazırda ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.





up