Bakıda oğlu və gəlini anaya İŞGƏNCƏ VERDİ - ŞOK VİDEO
23-09-2022, 14:56

Bakıda 90 yaşlı qadının iki nəfər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı məlumat yayılıb, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılır. 

AZİNFORM.AZ xəbər verir ki, iddiaya görə, video həmin qadının oğlu və gəlini tərəfindən çəkilib. Kadrlardan görünür ki, qadın döşəməni silməyə məcbur edilir, soyuducudan götürdüyü əşyalarla bağlı ona kobud formada irad bildirilir. 

Bakının Buzovna qəsəbəsində lentə alındığı deyilən görüntülərlə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin video ilə əlaqədar artıq araşdırmalara başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. 




up