"Ermənistan pis, köhnə vərdişlərindən əl çəkməlidir" - Elin Süleymanov
17-09-2022, 19:51

Ermənistanın minalara xroniki aludəçiliyi bütün razılaşmalara və əsas insani dəyərlərə ziddir.

AZİNFORM.AZ xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Tvitterdə yazıb.

“Onun yalnız bir məqsədi var - mülki insanları öldürmək və sülh danışıqlarındakı irəliləyişə zərbə vurmaq! Qonşu torpağının qanunsuz işğalı kimi, Ermənistan pis, köhnə vərdişlərindən əl çəkməlidir”, - diplomat bildirib.





up