Putin Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən danışdı
16-09-2022, 23:16

“Hamımız Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatıq".

Bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində baş tutan görüşü zamanı deyib.

"Sizə məlumat verdim dünən axşam Ermənistan Baş naziri Nikol Paşinyanla danışmışam. Yaxşı ki, gərginlik koordinasiyalı səylərlə nəhayət dayandırıldı, amma bildiyim qədər vəziyyət hələ də gərgin olaraq qalır. Sizinlə görüşməkdən və bütün bu məsələlər haqqında danışmaqdan çox şadam, bunların hamısı vacibdir”, - deyə V.Putin bildirib.

Prezident İlham Əliyev də öz növbəsində vəziyyətin gərginləşməsinə verdiyi operativ reaksiyaya görə V.Putinə təşəkkür edib.





up