Gədəbəyin yeni icra başçısı indiyədək hansı vəzifədə işləyib? - FOTOLAR
11-08-2022, 12:33

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Gədəbəyə icra başçısı təyin edib. Dövlət başçısının sərəncamı ilə Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

AZİNFORM.AZ xəbər verir ki, Orxan Mürsəlov bu təyinatadək Prezident Administrasiyasında çalışıb. O, Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun baş məsləhətçisi vəzifəsini tutub.

O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.





up