"Yolda pasport yoxlanış həyata keçiriləcək" - Sentyabrın 1 dən...
6-08-2022, 18:25

"Əlvida, Laçın dəhlizi. Laçın yaxınlığından Ermənistanı və Qarabağın dağlıq hissəsini birləşdirəcək yeni yol - dəhliz olmayacaq, sadəcə, yol olacaq. Beləcə, Qərbi Zəngəzur vasitəsilə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat xətti = Laçın yolu. Nikol Paşinyan Tehranın dəhlizlə bağlı İrəvana verdiyi qadağanı qəbul edərək Qarabağ erməniləri ilə Ermənistanı birləşdirən Laçın dəhlizini itirmiş oldu. Sentyabrın 1 dən başlayaraq Laçın rayonundan keçəcək yeni yodla giriş - çıxış postları nəzarətimizdə olacaq. Yolda pasport yoxlanış həyata keçiriləcək".

AZİNFORM.AZ xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib.

"Beləcə, Azərbaycan ermənilər üçün vacib strateji əhəmiyyət daşıyan Laçın şəhərini işğaldan azad edir, Laçın dəhlizinin üzərindən isə xətt çəkmiş olur. Üstəlik, Qarabağa giriş - çıxış nəzarətimizə keçir" – Z.Məmmədov qeyd edib.





up