Reper Dado keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibinin ikinci övladı olacağı ilə bağlı yayılan iddialara növbəti dəfə reaksiya verib.
Qeyd edək ki, 2017-ci ildə ailə quran Natavan və Dado bir müddət sonra boşanıb. Ötən gün reper Natavanın ikinci övladı olacağı ilə bağlı yayılan iddialara münasibət bildirərək bundan xəbərsiz olduğunu açıqlayıb.
Natavan hələlik mövzu ilə bağlı hər hansı açıqlama verməyib.