Qarabağın bu rayonları ilə bağlı ŞAD XƏBƏR
25-07-2022, 14:42

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, iyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 184, tank əleyhinə 11 mina və 181 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 953 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AZİNFORM.AZ





up