İlham Əliyev Sumqayıtda ulu öndərin abidəsini ziyarət edib - Fotolar
20-07-2022, 19:12

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu.

Çərşənbə günü, iyulun 20-də Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda olub, dövlət başçısının mətbuat xidməti xəbər verir.

Səfər çərçivəsində İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılışı və təməlqoyma mərasimində iştirak edib.

Sonra Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Şəhidlər Xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub, həmçinin Sumqayıt şəhər 2 saylı regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

 

 





up