29 illik həsrətə son: Böyük qayıdış başladı - VİDEO
19-07-2022, 22:30

Bu gün 10 ailə Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb.

Baku TV-nin çəkiliş qrupu doğma yurdlarına qayıdan sakinlərin köç prosesini işıqlandırıb. 29 illik həsrətlərinin sona çatdığını deyən sakinlər Ağalıya qayıtdıqları üçün sevinclərinin həddi-hüdudu olmadığını bildiriblər.

Qeyd edək ki, qarşıdakı beş gün ərzində daha 41 ailənin kəndə köçürülməsi nəzərdə tutulub.

Bununla da iyulun sonuna qədər Böyük Qayıdışın birinci mərhələsi tamamlanmış olacaq.





up