ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın Tbilisidə keçirilən görüşünə münasibət bildirib.
AZİNFORM.AZ-ın məlumatına görə, Blinken bu barədə “Twitter“ hesabında paylaşım edib.
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atdı. Birbaşa dialoq Azərbaycan və Ermənistan fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur", - deyə paylaşımda qeyd olunub.
.@bayramov_jeyhun and @AraratMirzoyan took a positive step today, meeting in Tbilisi. Direct dialogue is the surest path to resolving Azerbaijani and Armenian differences.
— Secretary Antony Blinken (@SecBlinken) July 16, 2022