“Gərək dövlət məmuru sözünü tutsun” - DEPUTAT
6-07-2022, 16:06

“Gərək dövlət məmuru sözünü tutsun”.

Qeyd edək ki, bununla bağlı Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev "Facebook" profilində paylaşım edib.

AZİNFORM.AZ həmin paylaşımı təqdim edir:

“Söz veribsə də etsin. Bu kişi - Kərimov Nifti üçüncü dəfədir ki, gəlir qəbula. Bir yüksək çinli dövlət məmuruna zəng etdim, şəklini göndərdim, dərdini danışdım, yazığın vəziyyətinin dözülməz olduğunu dedim. Üçüncü dəfədir ki, İmişlidən durub gəlir yanıma. Əgər bilsəydim ki, etməyəcəksiniz, mən onu başqa vasitələrlə həll edərdim.

Mehriban görüşüb, "qardaş", "qardaş" deyib baş altına yastıq qoymaq yaxşılıq yox, pislik etməkdir. Mən yenə də etikanı gözləyib ad çəkmirəm. Amma, "dostluğumuz" bitdi”.

AZİNFORM.AZ





up