Böyük Mason Lojası Qarabağda qələbə münasibəti ilə Azərbaycanı təbrik edib – BƏYANAT+ FOTO
3-06-2022, 12:47

Azərbaycan Milli Böyük Mason Lojası  44 günlük Vətən Müharibəsində Qələbə münasibəti ilə azərbaycanlıları təbrik edib.

AZİNFORM.AZ bildirir ki, bu barədə Bəyanat Mason Lojasının rəsmi saytında yer alıb.

Təbrikdə deyilir:

“Hörmətli Qardaşlar,

Azərbaycan və Ermənistan arasında mövcud münaqişə ilə bağlı qələbə münasibəti ilə ürəkdən təbrik edirəm.

30 ilə yaxındır erməni hərbi qüvvələri tərəfindən işğal altında olan torpaqlarımızı geri almaq üçün haqlı mübarizə aparan və qələbə əldə edən azərbaycanlı qardaşlarımızı təbrik edirik.
Bununla belə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyri-şərtsiz çıxarılmasını tələb edən 822,853,874 və 884 saylı qətnamələri qəbul etdiyini vurğulamaq vacibdir.

Bu, Azərbaycan üçün işğal olunmuş bütün torpaqlarımızın azad edildiyi əsgərlərin və mülki şəxslərin həlak olmasını dayandıracaq bir sülh sazişinin imzalandığı tarixi bir andır.
Biz hamımız ədalətin bərqərar olacağına və Azərbaycanımızın və vətəndaşlarının sülh və əmin-amanlıq içində yaşayacağına sevinirik.

Yaşasın Azərbaycan!”

Bəyanatı Bəhman Motlağ və Ali Ustad, Azərbaycan Milli Böyük Lojasının rəhbəri Bağır Heyət imzalayıb.

Qeyd edək ki, dünən Bakıda Azərbaycan Milli Böyük Mason Lojasının illik məclisi keçirilib.

İyulun 2-də “Hyatt Regency” otelində keçirilən məclisdə Azərbaycan, Rusiya və Vaşinqton Böyük Masterləri iştirak edib.

 AZİNFORM.AZ





up