“Bir masa arxasında oturmaq, dialoq qurmaq üçün erməni deputatlara müraciət etdim, lakin indiyədək heç bir cavab almamışam”.
AZİNFORM.AZ xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, Ermənistan nümayəndə heyəti Assambleyada qəbuledilməz ab-hava yaradır və hamını çaşdırır.
“Biz konstruktiv şəkildə onları Assambleyada bir masa arxasında oturub müzakirələr aparmağa çağırdıq. Amma hələ də cavab yoxdur. Hətta bununla bağlı AŞPA sədrinə də müraciət etmişik. Ermənistan nümayəndə heyəti öz öhdəliklərini dərk etməli və bu təşkilatı çaşdırmamalıdır. Amma onlar bu parlamentə işləmirlər, şəxsi məqsədlərini güdərək, özlərini qəhrəman kimi göstərməyə çalışırlar”, - deyə Seyidov bildirib.