Aqil Abbas: “YAP-ın hansısa üzvü səhv edirsə, partiya rəhbərliyi istefa verməlidir?”
23-06-2022, 13:22

“Dövlət Gömrük Komitəsində nə qədər adam işləyir. Sayını-hesabını bilmirəm. Bu adamların içində bir, iki, ya 5 nəfər nə ilə məşğul olursa, buna görə bütün Gömrük Komitəsinə ləkə atmaq lazım deyil axı... İndi işdir, olub. İstintaq araşdırmaları aparılır”.

 Bu sözləri AZİNFORM.AZ-a Milli Məclisin deputatı Aqil Abbas Dövlət Gömrük Komitəsində DTX tərəfindən keçirilən əməliyyat barədə danışarkən deyib.

 A.Abbas DGK sədri Səfər Mehdiyevlə bağlı irəli sürülən istefa tələbinə isə belə münasibət bildirib: “Hansısa bir qurumda, məsələn, Ədliyyə Nazirliyində bir-iki hakim rüşvət alır deyə Fikrət Məmmədov istefaya getməlidir? Bir YAP-çı nəsə səhv edirsə, partiya rəhbərliyi istefa verməlidir? Məsələ araşdırılsın, görək, Səfər Mehdiyevin nə günahı var?”






up