DİGƏR XƏBƏRLƏR
Rusiya hökumətinin yeni qaydasına əsasən ölkəyə səyahət edən sərnişinlər PCR test verməlidirlər.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Hava Yolları QSC yayıb.
Bildirilir ki, Rusiya Federasiyası hökumətinin 2022-ci il 14 iyun tarixli 1552-р nömrəli sərəncamına müvafiq olaraq artıq bütün xarici dövlət vətəndaşları bu ölkəyə daxil ola bilərlər, bununla belə, sərnişinlər uçuşdan əvvəl 48 saat ərzində qüvvədə olan PCR testini təqdim etməlidirlər.