Milli parklara getmək istəyənlərin nəzərinə
31-05-2022, 15:59

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sabah Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.


Ölkəmizin təbii mühitinin bütün komponentləri milli parkları əhatə edən geniş bir ərazidə mühafizə olunur və bununla, həm də planetin zəngin bioloji müxtəlifliyinin qorunmasına töhfə verilir.

"Dünya builki biomüxtəliflik gününə "Bütün canlılar üçün ortaq gələcək qurmaq" kimi mühüm bir çağırışla qoşulur. Bu, o deməkdir ki, biz hamımız təbiətlə bağlı bütün problemlərin həllinə, iqlim dəyişmələrinin fəsadlarının qarşısının alınmasına, insan və digər bütün canlıların sağlamlığına xələl gətirən təsirlərin aradan qaldırılmasına nail olmalıyıq.

 Planetimiz və mövcudluğumuz üçün olduqca vacib sayılan bu əlamətdar gündə hamılıqla bu bəşəri çağırışlara dəstək olaq, milli parklarımıza səfər etməklə təbii gözəllikləri bir daha görüb, onun qədrini bilək”, - deyə xidmət rəsmisi qeyd edib.

 Onun sözlərinə görə, planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il mayın 22-si ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik Günü kimi qeyd olunur.





up