Antiterror tədbirlərində şəhid olanlara bu ordenlər verildi - SİYAHI
7-11-2023, 15:21

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Müdafiə Nazirliyinin hərbçiləri və DİN əməkdaşları təltif edilib.

Təltif edilənlər arasında bu ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirlərində şəhid olanlar da var.

Belə ki, mayor Əkbərov Aqil Fayəddin oğlu, kapitan Həmidli Həmid Əlisahib oğlu və kapitan Qeybəliyev Elvin Ağalar oğlu “Azərbaycan Bayrağı” ordeni, atası Birinci Qarabağ müharibəsində, özü isə bu ilin sentyabrında şəhid olan mayor Nəcəfi Elxan Şükür oğlu və bir neçə digər hərbçilər 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Əsgər Quluzadə Nihat Qasım oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Antiterror tədbirlərində şəhid olan polkovnik-leytenantlar Rüstəmov Vüsal Rüstəm oğlu, Şadmanov Əkrəm Yunus oğlu və Hüseynov Rəşad Rəhim oğlu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.






up