Əli Əsədovdan bu şəxslərin maaşları ilə bağlı QƏRAR
26-10-2023, 12:46

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

AZİNFORM.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət 2023-cü il oktyabrın 2-dək olan dövrü əhatə edib.





up