Deputat, nazir müavini, indi də icra başçısı - DOSYE
25-10-2023, 15:37

Prezidentin sərəncamı ilə Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

AZİNFORM.AZ xəbər verir ki, 1961-ci il təvəllüdlü F.Əliyev kənd təsərrüfatı elmləri namizədidir və 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1995–2000-ci illərdə Milli Məclisinin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

O, 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini təyin edilib və bir neçə ay əvvəl vəzifədən azad edilib. Yeni təyinatadək F.Əliyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri kimi fəaliyyətini davam etdirirdi. /qafqazinfo/





up