Azərbaycanda nazirdən işdən çıxarılması xəbəri ilə bağlı AÇIQLAMA - FOTO
23-10-2023, 15:23

Bu gün bir sıra media resurslarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin vəzifəsindən azad olunacağı ilə bağlı xəbər yayılıb. Nazir Tapdıq Əliyevin vəzifəsindən tezliklə azad ediləcəyi qeyd edilib.

AZİNFORM.AZ
”manset.az”a istinadən xəbər verir ki, yayılan xəbərlə bağlı iqtisadiyyat naziri Tapdıq Əliyevlə məlumatı təkzib edib.

"Mən hazırda işimin başındayam. Öz vəzifəmi icra edirəm. Bunu kim deyib sizə? Mənimlə bu barədə söhbət olmayıb. Belə məlumatlar dezinformasiyadır."





up