"Həmin şəhidlərin qatilləri DTX-nin binasında ifadə verirlər" - Deputat
12-10-2023, 13:12

"Bilmirəm bu mistikadır, yoxsa nədir, biz bu gün burada qələbəmizdən danışırıq, 100 metr yaxınlıqda Şəhidlər xiyabanında bizim müqəddəslərimiz rahat uyuyur, 150 metr o yanda həmin şəhidlərin qatilləri DTX-nin binasında ifadə verirlər".

AZİNFORM.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat Elşən Musayev deyib. 

"Bəlkə də həmin şəhidlərin məzarlarına pəncərədən baxa-baxa ifadə verirlər. Hərdən insana qəribə gəlir ki, bu reallıq deyil, yuxudur. Bu, reallıqdır və onu Prezident İlham Əliyev öz zəkası, cəsarəti ilə yaradıb. Eşq olsun, mənim Prezidentimə", - deyə deputat bildirib. /unikal/





up