"Havaların dəyişməsi ilə əlaqədar ola bilər" - Qəzənfər Paşayevin halı pisləşdi
4-10-2023, 12:03

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin səhhətində problem yaranıb.

Onun xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılıb.

Məsələ ilə bağlı Q.Paşayevlə əlaqə saxladıq.

O, Bakupost.az –a açıqlamasında bildirdi ki, havaların dəyişməsi ilə əlaqədar halı pisləşib, təzyiqi düşüb.

Q.Paşayev evdə müalicə olunduğunu dedi:

“Təzyiqim düşüb, evdən çıxa bilmirəm. Yataqdayam, müalicə alıram. Vəziyyətim həkimlik deyil, çox ağrımıram. Bir neçə gün əvvəl həkimlik oldu, getdim, həll olundu. Havaların dəyişməsi ilə əlaqədar ola bilər”.





up