R.T.Ərdoğan: “Bu hadisə terrorun son çırpınmasıdır”
1-10-2023, 19:42

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatlar nəticəsində can verən terror təşkilatlarına siyasi hesablarla dəstək vermənin bədəlinin çox ağır olacağını bildirib. “Bu səhər polis bölmələrimizin vaxtında müdaxiləsi nəticəsində iki cinayətkarın zərərsizləşdirildiyi hadisə terrorun son çırpınışlarıdır”.

AZİNFORM.AZ “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Ankarada baş verən terror hadisəsi haqda danışan zaman deyib.

 Vətəndaşların təhlükəsizliyi və əmin-amanlığını təhdid edən cinayətkarlar məqsədlərinə çatmayıblar və heç vaxt da çatmayacaqlar. Əməliyyatlarımız nəticəsində, sözün əsl mənasında can verən terror təşkilatlarına siyasi hesablarla dəstək vermənin bədəli çox ağır olacaq.

 FETÖ bu ölkədə heç vaxt dirilməyəcək. Bənzər təşkilatların da yeni xəyanətlərə cəhdi mümkün olmayacaq.

Avropa İttifaqı (Aİ) ölkələri Türkiyəyə qarşı ikili münasibətlərdən, başda viza məsələsi olmaqla, haqsız hərəkətlərdən qurtula bilsələr, yanlışlarını düzəltmiş olacaqlar. Əks halda, Türkiyədən gözlədiklərini itirəcəklər.”





up