"Azərbaycan heç kəsi Qarabağı tərk etməyə məcbur etmir”
27-09-2023, 15:16

“Azərbaycan öz şəxsi və azad seçimləri əsasında Ermənistana getməyə qərar verən Qarabağın dinc erməni sakinləri üçün təhlükəsiz dəhlizlər təmin edib. Bu, onların azad seçimidir”. 

AZİNFORM.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Deutsche Welle”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağdan getmək erməni sakinlərin şəxsi və individual qərarıdır: “Azərbaycan heç kəsi Qarabağı tərk etməyə məcbur etmir”





up