Millət vəkili Qənirə Paşayevanın səhhətində problem yaranıb və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
AZİNFORM.AZ-ın məlumatına görə, millət vəkili bir müddət əvvəl ölkədə yayılan ağır respirator infeksiyaya yoluxub.
Kəskin boğaz ağrısı, qulaq ağrısı ilə müşayiət olunan xəstəliyə görə Qənirə Paşayevaya xəstəxanada müalicə almaq təklif olunsa da, ordumuzun Qarabağdakı separatçılara qarşı lokal antiterror tədbirləri günlərində ağır rejimdə çalışan millət vəkili razılaşmayıb. Nəticədə qrip infeksiyası beyninə fəsad verib.
Millət vəkilinin müalicəsinə Türkiyədən dəvət olunan həkimlər də qoşulub. Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevin Musavat.com-a bildirdiyinə görə, dünəndən bəri Q.Paşayevanın səhhətində müsbət irəliləyişlər qeydə alınmaqdadır.