İran prezidenti - “Qarabağ şübhəsiz ki, Azərbaycana məxsusdur"
23-09-2023, 14:04

2023-cü il sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri keçirildi və Azərbaycan bu dəfə təxminən bir sutka ərzində Qarabağın dinc erməni sakinlərini qorumaqla, onlara heç bir zərər vermədən qələbə qazandı.

AZİNFORM.AZ  erməni mediasna istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinə münasibət bildirib. O deyib:

“Qarabağ şübhəsiz ki, Azərbaycan Respublikasına məxsusdur, lakin ermənilərin hüquqlarını elə təmin etmək lazımdır ki, regionda onların təhlükəsizliyi və hüquqları qorunsun”. /publika.az/





up