DİGƏR XƏBƏRLƏR
AZİNFORM.AZ xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın əmisi oğlu Mehmet Mutlu 64 yaşında ürək tutmasından dünyasını dəyişib.
Məlumata görə, ötən həftə infarkt keçirən Mutlu Mərmərə Universiteti Araşdırma Xəstəxanasına aparılıb və ürək damarlarına stent qoyulub. Bu gün evə buraxılan Mutlu evdə yenidən infarkt keçirərək Ümraniye Dövlət Xəstəxanasında dünyasını dəyişib.
İstanbulda dəfn olunacaq Mehmet Mutlunun dəfn mərasiminə Prezident Ərdoğanın qatılacağı gözlənilir.