Bu şəxslər üçün 2 milyon manatlıq avtomobil alındı
26-05-2022, 10:30

Sosial Xidmətlər Agentliyi "Əlilliyi müəyyən edilmiş şəxslər üçün minik avtomobillərinin satın alınması" ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.

AZİNFORM.AZ xəbər verir ki,   1 milyon 999 min 998 manatlıq tenderin qalibi "Azərmaş" MMC-dir.

Müqaviləyə əsasən 160 ədəd minik avtomobilinin satın alınmasını nəzərdə tutur.

Qeyd edək ki, "Azərmaş" şirkəti Neftçalada yığılan "Khazar" avtomobillərinin satışı ilə məşğul olur. 





up