Tanınmış professordan əhaliyə XƏBƏRDARLIQ - Yayılan virus...
21-08-2023, 09:47

Koronavirusun omikron ştammının yeni variantı olan "EG.5" dünyada yayılmağa başlayıb.

AZİNFO.AZ  xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verir.

Məlumata görə, bu günə qədər 50-dən çox olan "EG.5" virusuna rast gəlinib.

Adı çəkilən virusun Azərbaycanda aşkarlanması rəsmi şəkildə açıqlanıb. Virusla əlaqəli suallar ortaya qoyub.


Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdi. Tanınmış professor bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyinə əsasən pandemiya bitib: "Lakin bu, o demək deyil ki, xəstəliklər qurtarıb. Sadəcə yenidən xəstəlik mənşəli pandemiya ola bilməz.

Omikron ştammının mutasiya prosesi davam edir. İndiki vaxtda bəzi ştamlar xırda epidemioloji ocaqlar yaradır. Ölkəmizdə, Bakıda bir neçə il bundan qabaq zərərlənmələr var idi. Bu gün də həmin proses müyyən qədər davam edir.

Böyük Britaniyada Omikron ştamının aşkar edilmiş yeni variantı effekti deyil. Mutasiya o qədər davam edəcək ki, ya virus yoxa çıxsın, ya da insanların ölümündə adi soyuqdəymə törədən virusa çevrilsin. Hər halda bu proses gedir.

Yay aylarında soyuqdəymələrin səbəbi Omikronun, mutasiya ştammlarının olmasıdır"./baku/ws/





up