AZAL-ın dövlətə borcu var, Cahangir Əsgərova məxsus şirkət obyekt tikir
24-05-2022, 14:45

“Gazelli Group” MMC-yə Xəzər rayonunun Şüvəlan qəsəbəsində 5,3 min kvadrat metrlik obyekt tikmək üçün icazə verilib.

Obyektin tikintisinə icazə verən orqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

3 mərtəbəli obyektin tikintisinə icazə bu ilin aprel ayında verilib.

Mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, “Gazelli Group” MMC “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva ilə qızı Cəmilə Əsgərovaya məxsus şirkətdir. 

Qeyd edək ki, AZAL-ın dövlətə 2,2 milyard manat borcu var. 

AZİNFORM.AZ





up