DİGƏR XƏBƏRLƏR
Daxili işlər orqanlarında yeni təyinat olub.
AZİNFORM.AZ "unikal-a istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən Goranboy RPŞ-nin İstintaq bölməsinin rəisi polis mayoru Heydərli Elnur Ramiz oğlu tutduğu vəzifədən azad edilərək Sabirabad RPŞ-nin İstintaq bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Elnur Heydərli əvvəllər DiN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində, ondan əvvəl isə Binəqədi və Şəmkir rayon polis idarələrində müstəntiq, baş müstəntiq vəzifələrində işləmişdir.