Az bal toplayan abituriyentlərə ŞAD XƏBƏR - VİDEO
27-07-2023, 21:57

"Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə plan yerləri kəskin şəkildə artıb. Ötən il bu rəqəm 51 min idisə, bu il bu rəqəm 60 min olacaq".

AZİNFORM.AZ bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov "Xəzər Xəbər"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu hal keçid ballarının aşağı düşməsinə şərait yaradacaq.

Ekspert deyib ki, bu il dövlət sifarişli plan yerlərinin sayı da artıb. Bu səbəbdən az bal toplayanların ödənişsiz oxumaq imkanı yüksəkdir.

Kamran Əsədov bildirir ki, ixtisasların keçid ballarında ciddi artım gözlənilmir.





up