Penitensiar Xidmətə yeni rəis təyin olundu
10-07-2023, 16:51

Prezident İlham Əliyev Mirsaleh Seyidovla bağlı Sərəncam imzalayıb.

AZİNFORM.AZ xəbər verir ki, Sərəncamla Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Qeyd edək ki, o bu vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi idi.





up