Bakı Baş Gömrük İdarəsinə yeni rəis TƏYİN OLUNDU
5-07-2023, 20:54

Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.

AZİNFORM.AZ-ın məlumatına görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Elmir Ramazanov sözügedən vəzifəyə gətirilib.

Məlumatı DGK-dan təsdiq ediblər.

Qeyd edək ki, E.Ramazanov bundan əvvəl Bakı Baş Gömrük İdarəsində rəis müavini vəzifəsində çalışırdı.





up