Gecə saatlarında Nizami rayonunun Keşlə qəsəbəsində gərginlik olması barədə görüntülər yayılıb.
Azinform.az-ın məlumatına görə, iddia olunub ki, qəsəbə ərazisində Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açılıb və etiraz məhz buna görədir.
Hadisə yerinə dərhal polis əməkdaşları da gəlib.
Məsələ barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev saytımıza açıqlama verib.
“Hüquq çərçivəsində tərəfləri narahat edən hallar və onun xüsusatları araşdırılır”, - o bildirib.