AZAL-ın bank hesabında milyonlarla pul... - Nazir
6-06-2023, 18:30

Azərbaycan Hava Yolları QSC-yə (AZAL) dövlət tərəfindən verilən subsidiyaların qalıq kimi bank hesabında qalmasında qəbahət yoxdur.

AZİNFORM.AZ xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, müəyyən dövlət şirkətərinə, xüsusilə də publik hüquqi şəxslərə iqtisadi dəstək tədbirləri çərçivəsində və ya yaranan zərərin qaşrılanması üçün subsidiyalar yönəldilir:

“Bu, həmin şirkətlər tərəfindən istifadə olunmalıdır. Amma bu o anlama gəlmir ki, bu şirkətlərin bank hesabları sıfırlanmalıdır”.

Nazir bildirib ki, bizdə olan məlumata görə, AZAL-ın bank hesabında ilin sonunda qalıq kimi 8,3 milyon manat qalıb.  /axar.az/





up