XİN: “Ermənistan əsirləri geri qaytarmalıdır”
28-05-2023, 13:21

“Ermənistan keçmiş səhvlərindən heç vaxt dərs almır!”

AZİNFORM.AZ xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında bildirib.

O bildirib ki, erməni tərəfi təxribat əməllərinə görə üzr istəmək əvəzinə saxta xəbərlər yayır: “Ermənistan təxribatlara son qoymalı, əsir saxlanılan Azərbaycan əsgərlərini geri qaytarmalı, 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.





up