Rusiya Prezidenti azərbaycanlı alimi təltif etdi - FOTO
27-05-2023, 18:26

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim Vaqif Kərimovu təltif edib.

AZİNFORM.AZ xəbər verir ki, RF dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Sənədin mətnində deyilir:

“Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti Federal Dövlət Büdcə Ali Təhsil Müəssisəsinin kafedra müdiri Vaqif Yunus oğlu Kərimov elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilir”.






up