“Rusiya istəyir ki, Azərbaycanda sülhməramlı qüvvələrin vaxtı uzadılsın”
11-05-2023, 21:24

"Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlanmasında maraqlıdır. Sülhün bağlanması isə Azərbaycan dövlətinin irəli sürdüyü 5 şərtdən ibarətdir. Həmin şərtlərin hər biri də beynəlxalq normalara cavab verir".

AZİNFORM.AZ x
əbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspert bildirib ki, ancaq bütün bunlara baxmayaraq Ermənistan sülh müqaviləsi bağlamaqda maraqlı deyil:

"Əlbəttə ki, qarşı tərəfin ətrafında olan  havadarları da sülh müqaviləsinin bağlanmasında maraqlı deyil.

Digər tərəfdən sülh müqaviləsinin bağlanmasında Rusiya da maraqlı deyil və müəyyən bir şəkildə maneə olmağa çalışır. Çünki orada Rusiyanın müəyyən maraqları təmin olunur. Ancaq Rusiya həmin şərtlərlə razılaşmır. Ona görə ki, o variant Rusiyanın maraqlarını tam şəkildə təmin etmir. Yəni, Rusiya istəyir ki,  Azərbaycanda sülhməramlı qüvvələrin vaxtı uzadılsın və Rusiyanın maraqları həm Azərbaycan, həm də Ermənistan vasitəsilə bu regionda gücləndirilsin.

Qərb isə sülh müqaviləsinin bağlanmasına maraqlıdır. Ona görə ki, öz maraqları var. Belə olan halda Rusiya sülhməramlılarının burada qalmasına ehtiyac qalmayacaq.  Beləliklə, Rusiya sülhməramlıları Azərbaycandan çıxmalı olacaqlar".

Hərbi ekspert qeyd edib ki, Ermənistan da Rusiyanı regiondan sıxışdırıb çıxartma planlarını gizlətmir:

"Fikrimcə, böyük dövlətlərin burada maraqları nə qədər çoxdusa, o qədər də Ermənistana olan təzyiqlər çoxdur. Əlbəttə ki, sülh müqaviləsinin uzadılması,  Bəyannamənin 4-cü bəndinin hələ də yerinə yetirilməməsi, demarkasiya və delimitasiya məsələsi, Zəngəzurun açılması və s. bunlar hamısı gecikdirilir.

Düşünürəm ki, bu şəraitdə Azərbaycan tərəfi maksimum addımlar atıb və sülh müqaviləsinin bağlanmasını üçün əlindən gələni etməkdədir".

Şair Ramaldanov əlavə edib ki, Azərbaycan ordusunun Vətən müharibəsində qələbəsindən sonra Ermənistan atəşkəs rejimini mütəmadi şəkildə pozur:

"Bu da onu göstərir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi heç də konstruktiv mövqe tutmaq istəmir. Amma hər bir halda Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir və verəcək".





up