Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirən tələbələr quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib. Həmin şəxslər Türkiyədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvləri (ata/ana, ər/arvad, övladlar) olmalıdır. Və həmin şəxslər tələbə biletini təqdim etməklə ölkə ərazisinə giriş edə bilərlər.
Facebook
Вконтакте
Одноклассники
Google+