DİGƏR XƏBƏRLƏR
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.
AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Vüsal Qələndərov təyinat alıb. O, bu təyinatadək Abşeron DYP-də baş inspektor işləyib.
Qeyd edək ki, V. Qələndərov Bakı Beynəlxalq Avtovağzalının direktoru Qəhrəman Qələndərovun oğludur. Qəhrəman Qələndərov daha əvvəl Nəsimi DYP-nin rəisi olub.
Xatırladaq ki, Binəqədi DYP-nin rəisi Cəmşid Hənifəyev təqaüdə göndərilib. /unikal/